Yay mövsümü

Barker, Raffaella. Yay mövsümü / R. Barker ; ing. dil. tərc.ed. R. Barker ; tərc.ed. S. M. Gültən ; red. Ə. Rzazadə. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2017. - 252 s. 

David gənc Venetsiya Sammersi "tənha ana aqibəti" yaşamaq qorxusundan xilas edəndən bir il sonra qadın qəfildən anlayır ki, onun həyatı əslində tar-mar olmaq üzrədir. Sevdiyi kişi qazanc dalınca Braziliya cəngəlliklərinə gedir, o isə Norfolkda qalmalı olur. İndi gənc qadının evində əsl dərəbəylik hökm sürür, o, uşaqları ilə bacarmır, acıdil yaşıl tutuquşunun ucbatından vəziyyət getdikcə lap dözülməz olur. Nəticədə qeyri-adi paltarlar dizayn edən həvəskar modelyerin həyatı əsl cəhənnəm əzabına dönür. Venetsiyanın Davidə yazdığı e-maillər cavabsız qalanda, telefon danışıqları xətlərin yaxşı işləməməsi üzündən tez-tez kəsiləndə qadının qəzəbi vulkan kimi püskürür. Və elə bu zaman onun həyatında yeni kişi peyda olur. Venetsiyaya elə gəlir ki, ona vurulub...