Bəbirin həyat dövrü

Simson, Filip. Bəbirin həyat dövrü : Hadisələrin ardicıllığı və söz sırası (ingilis dilindən tərcümə) / F. Simson ; tərc.ed. A. Cəfərova ; red. F. Huseynova. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2015. - 32 s. 

Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2014-cü ildə Böyük Britaniyada "Capstone Gljbal Library" nəşriyyatı tərəfindən "Life Cycle of a Leopard: A Sequence and Order Text" adı altında nəşr olunub. Bəbirlərin doğulduğu gündən bütün həyatını qısa və aydın şəkildə təsvir edən bu kitab "Capstone Global Library" nəşriyyatının orijinalları əsasında "TEAS Press" Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ "TEAS Press" Nəşriyyat evinə məxsusdur. "Böyük pişiklər" seriyasından olan bu informasiya xarakterli kitablarda müxtəlif növ rabitəli mətn üslubları təqsim olunub. Hər bir kitabda bəhs olunan maraqlı mövzular oxucuların diqqətini cəlb etməklə yanaşı, informativ mətnlərin tərtib mexanizmini, qurulma texnikasını və oxuculara təqdimat formasını şagirdlərə öyrətməkdə müəllimlərə yardımçı olacaq.