Qürbətdə bitməyən çiçək

Nuruqızı, Sevinc. Qürbətdə bitməyən çiçək / S. Nuruqızı ; red. B. Oruclu ; rəs. V. Allahyarova ; dizayn. F. İbrahimova ; naşir E. Məmmədov ; tex. red. M. Əsgərova ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Aspoliqraf, 2022. - 16 s.

"Qürbətdə bitməyən çiçək" hekayəsi Qarabağ xanı İbrahimxəlil xanın qızı, Xurşidbanu Nətavanın bibisi, Qacar şahı Fətəli şahın xanımı şairə Ağabəyim ağanın dillərdə dastan olan Şuşa sevgisinə həsr edilib. Nə qələm, nə də ki, göz yaşları qərib diyarda yaşayan gözəl xanım, mahir siyasətçi, alovlu xətənpərvər və istedadli şair Ağabəyim ağanın Vətən həsrətini ovuda bilib... İllər ötüb...Sevimli diyarı Şuşa onun xatirələrində yaşayıb... Və bu ilahi sevgi sevgilərin ən gözəli kimi tarixin yaddaşına həkk edilib.