• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • Xəbərlər
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Kitablarla sehrli dünyaya səyahət – məktəblilər Respublika Uşaq Kitabxanasında
    19-11-2026 18:20:00

     

    19 noyabr 2026-cı il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Xəzər rayonu 156 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdləri üçün maarifləndirici ekskursiya təşkil olunub.

    Kitablarla dolu bu maraqlı səyahət balaca qonaqların kitabxananın zəngin və rəngarəng dünyası ilə tanışlığına çevrilib. Ekskursiya zamanı şagirdlər nağıl otağını, kiçik və böyük oxu zallarını gəzərək kitabxana ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Xüsusilə müasir nəşrlər və  diqqətçəkən 3D kitablar balaca oxucularda böyük maraq doğurub.

    Görüş zamanı Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin yaradıcılığına da nəzər salınıb. Alimin uşaqlar üçün dəyərli ədəbi töhfəsi olan “Balalara hədiyyə” kitabı haqqında məlumat verilib, nəşrdə yer alan maraqlı tapmacalar şagirdlərin diqqətinə çatdırılıb. Balacalar tapmacaların cavablarını tapmağa çalışaraq həm biliklərini sınayıb, həm də ana dilimizin zəngin söz xəzinəsi ilə yaxından tanış olublar.

    Səmimi və xoş ovqatda keçən ekskursiya uşaqlara kitabxananın yalnız kitabların qorunub saxlandığı məkan deyil, həm də biliklərin kəşf edildiyi, təxəyyülün qanadlandığı, yeni dünyaların qapısının açıldığı mənəvi ünvan olduğunu bir daha nümayiş etdirib.

    Ekskursiyanın əsas məqsədi məktəblilərdə kitaba və mütaliəyə sevgi aşılamaq, onların oxu mədəniyyətini inkişaf etdirmək, ana dilimizin zənginliyini tanıtmaq, eləcə də kitabxana mühitinə maraq və doğmalıq hissi formalaşdırmaq olub.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • Xəbərlər
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft