Qrin, Piter. Makedoniyalı İsgəndər / P. Qrin ; tərc.ed. S. Budaqlı ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. S. Vəzirova. - Bakı : Altun Kitab, 2020. - 160 s.
Tarixin ilk nəhəng fatehi sayılan İsgəndər e.ə. 356-cı ildə Makedoniyanın paytaxtı Pella şəhərində, çar II Filipin ailsəində dünyaya gəlmiş, görkəmli yunan filosofu Aristotel onun müəllimi olmuşdu. Atasının ölümündən sonra - 20 yaşında Makedoniya taxtına çıxan İsgəndər 33 illik ömrünə qədim dünyanın ən böyük qələbələrini sığdırmışdı. İlk mühüm zəfərini sayca öz qoşunlarından iki dəfə çox olan İran ordusu üzərində qazanmışdı. Bundan sonra Asiya torpaqlarının böyük hissəsini öz imperiyasında birləşdirmişdi. Onun sonrakı hədəfi Avropa idi, lakin buna ömrü çatmadı. E.ə. 322-ci ildə Babildə vəfat etdi. Sizə təqdim olunan bu kitab adı tarixə "Böyük İsgəndər" kimi düşən yenilməz fatehin həyatını bütün əzəməti ilə oxucuların gözü qarşısında canlandırır.