Tuğtağ, Melih. Diqqət, icad çıxa bilər! / M. Tuğtağ ; rəs. Ç. Cebeci ; tərc.ed. F. B. Alxaz (Yusifova) ; red. E. Səmədova ; dizayn. S. Şener. - Bakı : Ağıllı bala, 2019. - 176 s.
Bu dəfə qəhrəmanımız Səssiz dostlarıyla bir-birini güldürmə oyunu oynayır. Bildiyi bütün lətifələri danışdıqdan sonra, uşaqları güldürmək üçün dostu Daşqının dişlərini ələ salır. Təbii ki, Daşqın çox üzülür və Səssizdən küsür. Onunla barışmaq üçün Səssiz Zaman maşını icad etməyə qərar verir. Bu ərəfədə daha əvvəl etdiyi icadlardan da bizə danışır. Anaların ən çox ehtiyacı olan "pərdə asmaq maşını" , "paxlava xəmiri yaymaq üçün icad", "tozları silmək üçün icad" və daha bir çox ixtiralar… Bu icadları edərkən Səssiz çoox gülməli hadisələr yaşayır. Sonda isə Daşqınla barışmaq üçün ondan yalnız üzr istəməyin kifayət olduğunu anlayır.