Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələlərinə müsahibələri : 27 sentyabr-10 noyabr 2020-ci il. Dərs vəsaiti / Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti ; lay.rəhb. E. Babayev ; tərt.ed.: Ə. Ağamirzəyev [et al.]. - Bakı : Bakı Dövlət Universiteti Nəşriyyatı, 2021. - 304 s.
Kitabda 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahli Qüvvələrinin Ali Bas komandani İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə müsahibələri toplanmışdır. Vətən müharibəsinin getdiyi gırgin günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici KİV nümayəndələrinə verdiyi parlaq müsahibələr informasiya cəbhəsində, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamışdır. Dövlət başçısının yüksək intellektini,dərin politoloji biliyin, parlaq diplomatik məharətini nümayiş etdirən müsahibələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya ictimaiyyətinə türk, rus və ingilis dillərində mövcud Azərbaycan gerçəkliyi, Qarabağ probleminin mahiyyəti, erməni işğalının miqyası, problemin həlli ilə bağlı diplomatik danışıqların tam effektsizliyi, əks-hücum əməliyyatlarının zəruriliyi, Bakıya qarşı informasiya möhtəkirliyi və s. barədə qiymətli məlumatlar vermiş, erməni tərəfinin Qarabağ problemi ətrafına şəkdiyi yalanlar səddini dağıtmış, ermənistan və onu himayə edən şər qüvvələri bütün dünyanın gözü qarşıında ifşa etmişdir. Dərs vəsaiti jurnalistika, tarix, beynəlxalq münasibətlər və digər əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Kitab tədqiqatçılar, eləcə də Vətən müharibəsi tarixi ilə maraqlananlar üçün də qiymətli mənbədir.