İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasının inkişafında müstəsna xidmətlər göstərmiş ədiblərimizdən biridir. O, yaradıcılığa nəsr əsərləri ilə başlasa da, sonralar dramaturq kimi şöhrət qazanıb. Dramaturgiyamızda lirik – psixoloji üslubun inkişafı ən çox bu sənətkarın dram əsərləri ilə bağlıdır. İlyas Əfəndiyevin dram əsərlərinin əksəriyyəti böyük uğurla tamaşaya qoyulmuş və Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynamışdır.
Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi münasibətilə yazıçı haqqında kitab və dövri mətbuat materiallarının tammətnli biblioqrafik siyahısını ehtiva edən daycest hazırlanıb. Həmçinin, təqdim olunan daycestdə İlyas Əfəndiyevin rəssamlar tərəfindən çəkilmiş portretləri, 6 adda kitabı, haqqında görkəmli şəxsiyyətlərin fikirləri və dövri mətbuatda onun haqqında yazılan 90 məqalə yer alıb.
Aşağıda qeyd olunan link vasitəsi ilə daycestlə tanış ola bilərsiniz.