Zeynalova, Arzu Nizami qızı. Qarabağın süjetli xalçaları = Сюжетные ковры Карабаха / A. Zeynalova ; ön söz Q. Ə. Paşayeva ; elmi red. K. M. Əliyeva ; rəy.: R. S. Tağıyeva, E. H. Mikayılzadə ; red. R. Ə. Həsənova ; naşir E. Məmmədov ; tex. red. M. Əsgərova ; dizayn. Z. Məmmədov ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Aspoliqraf, 2022. - 208 s.
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsi əsrlər boyu ən inkişaf etmiş sənət mərkəzlərindən biri olmuşdur. Burada sənətin bütün sahələri inkişaf etmiş, o cümlədən parça və xalça istehsalı geniş yayılmışdır. Təqdim olunan bu monoqrafiya Qarabağın süjetli xalçalarına həsr olunub və təsadüfi deyil ki, onun müəllifi gənc xalçaçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru arzu Nizami qızı Zeynalova əslən qarabağlıdır, daha doğrusu, Qarabağın gözü olan Şuşadandır. Toplanılan materiallar bir daha sübuta yetirir ki, Azərbaycanın digər xalça məktəblərindən fərqli olaraq, süjetli xalçaların istehsalı Qarabağda daha geniş yayılmışdır. Monoqrafiyanın hazırlanması prosesində Azərbaycan Milli Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan Qarabağın süjetli xalçaları ilə bərabər, eyni zamanda hazırda müvəqqəti olaraq müxtəlif bölgələrdə yaşayan məcburi köçkünlərdən, Bakı və Sumqayıtda məskunlaşmış qarabağlılardan əldə edilmiş süjetli xalçaların fotolarından da istifadə olunub.