Dido ilə rəqəmləri öyrənirəm : 2-3 yaş / baş red. S. B. Amanova ; tərc.ed. E. Şamilzadə ; red.: V. Pənahov [et al.]. - Bakı : Everest Nəşriyyat Evi, 2021. - 32 s.
Əlinizdəki kitab 2-3 yaşlı uşaqların inkişaf xüsusiyyətləri, maraqları və ehtiyacları nəzərə alınaraq Məktəbəqər Təhsil Proqramına uyğun olaraq hazırlanmışdır. Uşaqların bir-birindən bəhrələnərək fərqli öyrənmə bacarıqlarına sahib olduqlarını da nəzərə alsaq, kitabdakı çalışmalar onların araşdırma apararaq, təcrübə edərək və əylənərək öyrənə biləcəkləri şəkildə tətbiq edilmişdir. Kitabda riyazi simvolları tanıma, sayma, əşyaları rəqəmlərlə əlaqələndirmə, diqqət və qavrayış, müqayisə, cütləşdirmə, qruplaşdırma, həndəsi fiqurları tanıma, problemləri həlletmə, təlimatları anlama və onlara uyğun hərəkətetmə çalışmaları mövcuddur. Hörmətli valideynlər və müəllimlər! "Dido ilə Öyrənirəm" kitab dəsti 2-3 yaşlı uşaqları inkişaf səviyyələrinə, fərdi xüsusiyyətlərinə uyğun olaraq, onların maraq və öyrənmə arzusu diqqətə alınaraq hazırlanmışdır.