
Dəmirçioğlu, Natəvan. Açar : roman / N. Dəmirçioğlu ; naşir T. B. Axundov ; tex.red.: S. Bəhmənqızı, S. Ələkbərova ; rəs. Q. Sarıvəlli ; dizayn S. Quluzadə. - Bakı : Təhsil, 2024. - 240 s.
"Açar" mövzusu həyatdan götürülən, psixoloji məqamlarla zəngin olan, gerçək hadisələrini əks etdirən, real obrazlar sisteminə malik müasir romandır. Müəllifin orjinal üslubu, rəvan dili, zəngin etnoqrafik yaddaşı, nasir təcrübəsi, milli ruhu, bəşəri düşüncəsi bu proza nümunəsini oxuculara sevdirəcək. Romandakı hadisələr üç müxtəlif dövrü əhatə edir. Romandakı hadisələr üç müxtəlif dövrü əhatə edir. Əsasən 44 günlük Vətən Müharibəsi və Zəfər dövrü ilə başa çatır. Sujetdəki hadisələr nəfəskəsən həyacan doğurur. Obrazların yaşantıları, həyat mübarizəsi, sevgi hissləri olduqca təbii lövhələrlə təsvir edilir və ilhamlı bir dillə nəql olunur. Romanda açar simvolikası bir çox mətləblərə açar olaraq, metafizik simgə daşıyır. Natəvan Dəmiçioğlunun "Açar" romanı mövzu tutumuna və bədii xüsusiyyətlərinə görə çağdaş nəsrimizin uğurlu əsəri hesab edilə bilər.