Əsas məqsəd, uşaqları elektron informasiya aləmi ilə səmərəli pedaqoji-psixoloji istiqamətlərdə heyrətləndirmək, kitab aləmi ilə təmasdan zövq almasına yardım etmək, uşaqların fikrini, fantaziyasını istedad və qabiliyyətlərini inkişaf etdirmək, cəmiyyətə gərəkli insanlar tərbiyə etməkdir.
Respublika Uşaq Kitabxanasının missiasiyası alidir. Çünki, cəmiyyətin mənəvi potensionalı kimi uşaqların mənəvi dünyasını yaxşı mənada istiqamətləndirməyə yardımçı olur.
Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.
Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası kitabxananın daimi oxucuları olan Bakı şəhəri Nəsimi rayonu 211 nömrəli tam orta məktəbin şagirdlərinin 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş rəsm əsərlərinin sərgisini virtual formatda təqdim etdi.
Aşağıdakı link vasitəsi virtual rəsm sərgisi ilə yaxından tanış ola bilərsiniz:
https://clb.az/arxiv2021/elektron/1%20iyun_UBMG/index.html