1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il
iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların
Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day)
qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan
“Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin
edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə
də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr
etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların
Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların
əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda
da hər il qeyd edilir.
Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası
kitabxananın daimi oxucuları olan Bakı şəhəri Nəsimi rayonu
211 nömrəli tam orta məktəbin şagirdlərinin rəsm əsərlərinin
sərgisini təqdim edir.