Düma, Aleksandr. Kraliçanın boyunbağısı / A. Düma ; tərc.ed., işləyən S. Budaqlı ; red. E. Astanbəyli ; rəs. E. Cabarov. - Bakı : Altun, 2022. - 144 s.
Görkəmli fransız yazıçısı Aleksandr Düma (1802–1870) macəralarla zəngin tarixi romanların müəllifi kimi tanınır. Onun qələmindən çıxan "Qraf Monte-Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərlər əksər dillərə tərcümə edilib və bu gün də maraqla oxunur. Dümaya dünya şöhrəti qazandıran romanlardan biri də "Kraliçanın boyunbağısı" adlanır. Romanda hadisələr Fransa kralı XVI Lüdovikin sarayında cərəyan edir. XVI Lüdovikin kraliça Mariya Antuanetta üçün sifariş etdiyi bahalı boyunbağı saray daxilindəki ziddiyyətlər fonunda ağlasığmaz əhvalatların baş verməsinə gətirib çıxarır. Məhz bu səbəbdən də roman son səhifəsinədək birnəfəsə və böyük maraqla oxunur...