Əhməd Cavad : Biblioqrafiya

Əhməd Cavad : Biblioqrafiya = Ahmad Javad : Bibliography = Ahmed Cavad : Bibliyografya / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed., red. M. Cəfərova ; elmi red. K. M. Tahirov ; dizayn. M. Əliqızı. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 288 s.

Azərbaycanın Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəşr etdiyi növbəti biblioqrafiya Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuşdur. Biblioqrafik göstərici ilk dəfə olaraq çap edilir. Vəsaitdə toplanan materiallar 1911-ci ildən 2022-ci ilədək olan dövrü əhatə edir. Azərbaycan və digər dillərində tərtib edilən göstəricidə Əhməd Cavadın həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapmışdır. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.