Şaxta baba üçün xüsusi hədiyyə

Hitri, Honika. Şaxta baba üçün xüsusi hədiyyə / ill. H. Hitri ; tərc. ed. A Cəfərova. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2016. - 8 s. 

Yeni il axşamıdır. Tomi alacağı çoxlu qəşəng hədiyyələri səbirsizliklə gözləyir... Birdən onun ağlına nəsə gəlir: "Şaxta baba bu gecə hamıya hədiyyə gətirir. Bəs Şaxta baba üçün hədiyyəni kim aparacaq?" Şaxta babaya özəl hədiyyə vermək istəyən Tomi adlı balaca ayı balası haqqında maraqlı hekayəni oxuyub və lazımi təlimata əsasən, Şaxta babaya Tomi kimi xüsusi hədiyyə hazırlayarkən, uşaqlarla yanaşı valideynlər də bu kitabdan zövq alacaq.