Külək - Yel kürəsinin şahzadəsi

Cəfərova, Xülya Rabil qızı. Külək - Yel kürəsinin şahzadəsi : roman / X. R. Cəfərova ; il. R. Həsənzadə. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 180 s. 

Əsər oxucunu yaşadığı dünyaya kənardan - Yel kürəsindən baxmağa sövq edir. Bu zaman isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım etmək istəyir. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Romanda Bakı şəhəri, Qız qalası, İçərişəhər, Bayıl qəsri, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik obrazı oxucuya təqdim olunub. "Mistik janrda yazılmış bu romanın süjet xətti oxucunun xəyal gücünün genişliyinə imkan verir, bir çox tarixi yerlər, hadisələr barədə məlumatlar isə onun maarifləndiriciliyini artırır". (Çingiz Abdullayev).