Yay səhəri

Səhhət, Abbas. Yay səhəri : şeirlər, təmsillər, hekayələr, pyeslər / A. Səhhət ; ill.: R. Həsənzadə, G. Qafarova ; ön söz G. Qarayeva. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 164 s. 

XX əsr Azərbaycan klassiklərindən biri, Abbas Səhhətin "Yay səhəri" kitabında şairin ən məşhur şeirləri, təmsilləri, hekayələri və pyesləri toplanıb. Abbas Səhhət ədəbiyyat və mədəniyyət tariximizə məşhur şair, peşəkar tərcüməçi, uşaq yazıçısı, həkim, görkəmli müəllim və maarif xadimi, tənqidçi və publisist kimi daxil olmuşdur. A.Səhhətin Azərbaycan maarifi və uşaq ədəbiyyatının inkişafındakı xidmətləri böyükdür. Cavan yaşlarından ömrünün sonuna qədər müəllimlik edən, dərsliklər yaradan şair uşaq və gənclər üçün müxtəlif janrlarda əsərlər yazmış, milli uşaq ədəbiyyatının ən gözəl nümunələrini yaradan klassiklər səviyyəsinə yüksəlmişdir.