Daşların nəğməsi-6 : səssiz kitab

Özkan, Ümit Yaşar. Daşların nəğməsi-6 : səssiz kitab / Ü. Y. Özkan, E. K. Özkan ; tərc. ed. F. A. Yusifova. - Bakı : Ağıllı bala, 2021. - 24 s.

Nağıl və oyuna kim yox deyər? "Daş nağılları" seriyası sizi nağıllı bir oyuna çağırır. "Daşların nəğməsi" yığılıb birlikdə mahnı oxumaq istəyən daşlar haqqındadır. Amma bu dəfə kitabda sözlər yoxdur.Hər bir uşaq şəkillərə baxaraq öz nəğməsini qoşacaq. Böyüklər də bu nəğməni kitabdakı boş səhifələrə yazacaq. Bu nağılları oxuyarkən daşlarla da övladınızla oynaya bilərsiniz. O, həyətdən istədiyi daşları toplaya bilər. Onun istədiyi daşları yığmasına icazə verin. Sonra da yığdığı daşlardan istifadə edərək istədiyi kimi şəkillər çəksin, oyunlar oynasın, nağıllar qoşsun. Siz də övladınızla birlikdə nağıl danışaraq oynamaqdan həzz alın.