Qu quşu

Tolstoy, Lev Nikolayeviç. Qu quşu : Hekayələr / L. N. Tolstoy. - Bakı : Nurlar, 2020. - 85 s. 

Dünya şöhrətli yazıçı Lev Nikolayeviç Tolstoy daha çox romanları ilə tanınsa da, həm də gözəl hekayələr müəllifidir. Onun hekayə yaradıcılığının bir qismini balaca oxucular üçün qələmə aldığı uşaq hekayələri təşkil edir. Hekayələrin hər birinin mövzusu, ideyası tərbiyəvi, öyrədici əhəmiyyət daşıyır. Kitabda yer alan “Qu quşu” hekayəsi motivasiya xarakterlidir. “Xoşbəxt adamın köynəyi” hekayəsində isə xoşbəxtliyin var-dövlətdə, dünya malında olmadığından danışılır. “Qartal” hekayəsində ana məhəbbətinin gücünün şahidi oluruq. Digər hekayələrdə isə dürüstlük, dostluq, sədaqət kimi müsbət keyfiyyətlərlə yalançılıq, acgözlük, hiyləgərlik kimi mənfi xarakterlər qarşılaşdırılır. Kitaba 19 hekayə daxil edilmişdir.