İnnovasiya

Draker, Piter. İnnovasiya / P. Draker ; ing. dil. tərc.ed. O. Əmrullayev. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2021. - 231 s.

İnnovasiya haqqında tutarlı biliyə malik olmaq istəyirsinizsə, bu kitabdakı məqalələri oxuyun. “Harvard Business Review”nun innovasiya ilə bağlı yüzlərlə məqaləsinin arasından ən vacib olanlarını seçdik ki, uğurlu innovasiya yarada biləsiniz. "HBR: oxunmalı 10-luq" seriyası həm təcrübəsiz, həm də təcrübəli liderlər üçün ən yaxşı ideya və praktikaların kolleksiyasıdır. Bu seriyadakı kitablar "Harvard Business Review" jurnalından hər bir menecerin uğuru üçün mühüm olan mövzular üzrə seçilmiş məqalələrdən ibarətdir. Bu seriyadan olan hər bir kitab Kleyton Kristensen, Piter Draker, Rozabet Moss Kanter, Con Kotter, Maykl Porter, Daniel Qolman, Teodor Levitt və Rita Günter kimi ustaların zəngin tövsiyə və motivasiyalarını özündə cəmləyir.