Məsəllər, deyimlər

Məhərrəmli, Qulu Məmmədqulu oğlu. Məsəllər, deyimlər : Etimoloji lüğət / Q. M. Məhərrəmli, R. İsmayılov ; rəy. Q. Məmmədəli ; red. Ş. Əhmədova ; tex. red. R. Nəbiyev. - Bakı : Altun Kitab, 2019. - 336 s.

Kitabda ana dilimizdə işlənən bir çox məsəl, deyim və idiomatik ifadələrin, geniş yayılmış çoxlu sayda frazeoloji vahidlərin etimologiyası, məna xüsusiyyətləri araşdırılmış və işlənmə məqamı izah olunmuşdur. Tədqiqata cəlb edilmiş ifadələr tarixi planda işıqlandırıldığı üçün həmin ifadələrin yaranma şəraiti, bu ifadələri meydana çıxaran situasiya, hadisə və rəvayətlər barədə də qısa bilgi verilmişdir.