Ələsgər Ələkbərov

Qurbanlı, Ramilə Cəfər qızı. Ələsgər Ələkbərov / R. C. Qurbanlı ; bur. məsul S. İsmayılova ; dizayn. Z. Abbasov ; red. Q. Təbiətoğlu ; baş red. G. Cəfərova ; tex. red. X. Fərzalıyev. - Bakı : Şərq-Qərb, 2017. - 176 s.

Oxuculara təqdim edilən bu kitab teatr və kino sənətinin korifeylərindən biri, unudulmaz aktyorumuz - SSRİ-nin və Azərbaycan SSR-in Xalq artisti, Dövlət mükafatı laureatı, həmçinin müxtəlif illərdə bir çox mühüm orden və medallara layiq görülmüş sənətkar Ələsgər Ələkbərovun həyat və yaradıcılığına həsr olunub. Burada o böyük şəxsiyyətin keşməkeşli həyat yolu ilə yanaşı, teatr və kinoda yaratdığı biri-birindən gözəl obrazlar haqqında geniş söhbət açılır, peşəkar təhlillər aparılır. İnanırıq ki, geniş ictimaiyyət üçün nəzərdə tutulmuş kitab, oxucular, xüsusən də Ələsgər Ələkbərovun pərəstişkarları tərəfindən maraqla qarşılanacaq.