İlk səfər

Abdullaoğlu, Rövşən. İlk səfər / R. Abdullaoğlu ; burax. məsul Ş. İxtiyaroğlu ; tərt. ed. P. Babayeva ; red. S. Məmmədova ; rəs. R. Həsənzadə. - Bakı : Qədim Qala, 2023. - 80 s.

"Ləpirçinin macəraları" seriyasından olan 2-ci kitabdır. Gənc ləpirçi Lanonun amansız mursilərin torpaqlarında şəfalı mqunqa çiçəklərini toplayıb gətirmək üçün ilk, lakin çox təhlükəli bir səfərə çıxır. Bu səfərdə gənc və təcrübəsiz oğlanın başına nələr gələcək, hiyləgər kahin Taşi öz istəyinə çatacaqmı? Afrikada doğulub böyümüş cəsur ləpirçi Lano müxtəlif yerlərə səfər edərək qeyri-adi heyvanlarla rastlaşır, digər tayfalarla qarşılaşaraq onların maraqlı adətləri, çətinlikləri ilə tanış olur, bir çox ibrətli hadisələrin içinə düşür. Bu kitabda gənc oxucular qəhrəmanımız Lano ilə birlikdə doğma torpağa, xalqa bağlılığın vacibliyini anlayacaq, mərhəmətin düşmənçilik toxumlarını məhv edərək sülh yaratdığını öyrənəcək, sonsuz şəfqətdən doğan gücün, heyvanla insanın böyük dostluğunun şahidi olacaqlar.