140 yaşlı təhsil ocağı - İrəvan Müəllimlər Seminariyası

Qədim İrəvan şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan Müəllimlər Seminariyası təhsil və pedaqoji fikir tariximizin, maarifçilik tariximizin, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir. İrəvan Müəllimlər Seminariyası Rusiya İmperiyasının Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılmışdır. İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı 1881-ci il noyabrın 8-də olub. 37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda bağlanmışdır.

Seminariyada digər elmi fənlərlə yanaşı Azərbaycan dili fənninin və şəriət dərslərinin tədris edilməsi nəzərdə tutulmuşdu. Görkəmli ziyalı, maarifçi, pedaqoq, pulisist, Firidun bəy Köçərli 1885-ci ilin iyununda  İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir. F. Köçərli bu tədris ocağında 10 il pedaqoji fəaliyyətini davam etdirmişdir.

İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili və şəriət dərslərinin tədris edilməsi təsadüfi deyildi. Çünki bu seminariya xalqımızın tarixən qədim torpaqlarından sayılan İrəvan quberniyasında yaradılmışdı. Həmin mahalda yaşayan əhalinin əksəriyyətini Azərbaycan türkləri, müsəlmanlar təşkil edirdi. Seminariyada Azərbaycan dilinin və şəriətin tədris edilməsi dövrün tələbi idi. Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı gənclər ilk pedaqoji təhsillərini aldıqdan sonra həyat fəaliyyətlərini azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə və yaxud mövcud ibtidai kənd məktəblərində müəllimlik peşəsinə həsr edərək xalq kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində yaxından iştirak edirdilər. Bu təhsil ocağı mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin inkişafında əhəmiyyətli rol oynamışdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci il Sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının 140 illiyi silsilə tədbirlərlə qeyd olunur. Seminariyanın tanınmış ziyalılarından olan F. Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanası olaraq İrəvan Müəllimlər Seminariyası haqqında kitablarda və dövrü mətbuatda dərc olunan müxtəlif məqalə və materialların tam mətnini və ədəbiyyat siyahısını hazırlayıb oxuculara təqdim edirik.

 

Ədəbiyyat siyahısı

Kitablarda

Hüseynov R. İrəvan ziyalıları //Ulu yurdum İrəvan. – Bakı: Şirvannəşr, 2007. – S. 95-107.

Zeynalov Ə. İrəvan ziyalıları. – Bakı: “Oğuz eli”, 1999. – 368 s.

 

Dövrü mətbuatda

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (29 dekabr 2021-ci il) // Azərbaycan: qəzet. - 2021. - 30 dekabr. - № 285. - S. 2. 

Allahverdiyev C. Cənubi Qafqazda dünyəvi təhsil verən məktəb – İrəvan Müəllimlər Seminariyası // Yeni Azərbaycan. – 2022. – 27 yanvar. - № 15. – S.4.

Allahverdiyev C. İrəvan Gimnaziyası - 140 yaşlı təhsil məbədi // 525-ci qəzet. - 2022. - 3 fevral. - № 20. - S. 12. 

Cəfərov N. İrəvan : Gözü yollarda qalmış gözəl yurdumuz // Ədəbiyyat qəzeti. - 2020. - 7 noyabr. - № 49. - S. 2.

Əsgərov Ə. Böyük maarif ocağı haqqında xatirələr və qeydlər : və yaxud İrəvan müəllimlər seminariyası ilə bağlı "Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi" adlı məqaləyə sözardı // 525-ci qəzet.- 2021.- 9 dekabr. -  S.12-13. 

Həbibbəyli İ. XIX əsrin axırlarında İrəvan şəhərinin Azərbaycan mühiti və məhəllə adları // Xalq qəzeti. - 2020. - 14 oktyabr. - № 211. - S. 9 ; 525-ci qəzet. - 14 oktyabr. - № 131. - S. 14-16.

İrəvan Müəllimlər Seminariyasının 140 illiyi silsilə tədbirlərlə qeyd olunacaq // Mədəniyyət. – 2022. – 11 fevral. – S. 6. 

Kəmalə. 140 yaşlı təhsil məbədi // Savalan. - 2022. - 29-31 mart. - № 11. - S. 4.

Mərdanov M. Azərbaycan Təhsil tarixinin şərəfli səhifəsi : İrəvan Müəllimlər Seminariyası - 140 // 525-ci qəzet. - 2021. - 28 avqust. - № 154. - S. 8-9, 14-15.

Ruşanzadə R. İrəvan xanlığı ensiklopediyası // Respublika. - 2020. - 9 iyun. - № 108. - S. 2-3.

Rüstəmov F. Milli müəllim hazırlayan təhsil ocağı // Azərbaycan müəllimi. – 2022. – 7 yanvar. 

Rüstəmov F. Milli müəllim kadrları hazırlayan təhsil ocağı // Azərbaycan müəllimi. – 2022. – 20 yanvar. 

Rzayeva M. İrəvan müəllimlər seminariyası çox böyük şəxsiyyətlər yetişdirib // Şərq. – 2022. – 10 fevral. – S. 6.

Sarıyeva İ. Milli təhsil tariximizin əsası olan seminariyalar // Bakı xəbər. - 2016. - 5-7 noyabr. - №201. - S.15. 

Sarıyeva İ. İrəvan müəllimlər seminariyası azərbaycançılıq ideyasının formalaşmasında mühüm rol oynadı // Bakı xəbər. – 2021. – 31 dekabr. - №241. – S. 6.

Səfərov R. Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında // Şərq. – 2016. – 13 may. – S.14-15.

Səfərov R. 140 yaşlı seminariya // Kaspi. – 2022. – 5 fevral. – S. 15. 

Tarixi yaddaşın bərpası - gələcək strateji hədəflərə çatmaq üçün İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd ediləcək // Yeni Azərbaycan. - 2021. - 30 dekabr. - № 241. - S. 3. 

Ziyəddinoğlu Q. Bu il İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 ili tamam olur // Yeni Azərbaycan. – 2021. – 11 sentyabr. - № 164. – S. 4. 

Zeynalov Ə. İrəvan müəllimlər seminariyası - 140 // Respublika. - 2022. - 14 yanvar. - № 8. - S. 5. 

Zeynalov Ə. İrəvan məktəbləri // Xalq qəzeti. – 2001. - 27 sentyabr. 

 

İnternet saytlarında

Bayramov H. İrəvan seminariyası və gimnaziyasının 140 ili tamam olur 

Mustafa N. Ədəbi mühit 

Tanınmış İrəvanlı ziyalılar

140 yaşlı İrəvan Müəllimlər Seminariyasının Azərbaycan pedaqogika tarixindəki rolu