Bir sevgi dastanı

İsaxanlı, İsaxan Abdulla oğlu. Bir sevgi dastanı : Hekayələr / İ. A. İsaxanlı ; red. H. A. İsaxanlı ; ön söz Ə. R. Xələfli ; ill. M. Səmədi. - Bakı : Xəzər Universiteti, 2022. - 218 s.

Təqdim olunan hekayələr əsasən sevgi hekayələridir. İxtiyarınıza verdiyim bu hekayələr arasında kiçik, orta və iri həcmli, həm lirik ruhda köklənmiş, həm də psixoloji hekayələr var. Oxuculara təqdim edilən bu hekayələrdə biz İsaxanı lirik yazıçı - insan hisslərinin, duyğularının tərcümanı kimi, psixoloji dərinliklərə baş vura bilən bir sənətkar kimi görürük. Onun hər bir qəhrəmanı cəmiyyətin bağrından qopmuş bir parçadır. Və o parçanın hər birində biz cəmiyyətin qəlb çırpıntılarını hiss edirik, duyuruq.