• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Sağlamlıq imkanları məhdud uşaqlar üçün “Yeddi gözəl” poemasının elektron kitabının jest dilinə tərcüməsinin təqdimatı
    08-10-2021 14:47:00

    VII Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkası çərçivəsində Bakı Ekspo Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının yeddi hekayətinin elektron kitabının jest dilinə tərcüməsinin təqdimatı keçirildi.

    Tədbir C. Hacıyev adına 11 illik musiqi məktəbinin xor kollektivi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 N-li xüsusi internat məktəbinin şaqirdlərinin ifasında dövlət himni ilə başladı. 

    Tədbir zamanı jest dilinə tərcümə olunmuş Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının yeddi hekayəti elektron kitab formatında təqdim olundu. 

    Tədbiri,  giriş sözü ilə  kitabxananın direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq,  iştirakçıları salamladı və Nizami Gəncəvinin 880 illiyi çərçivəsində təqdim olunan elektron kitablar haqqında geniş məlumat verdi. O, Respublika Uşaq Kitabxanası böyük mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə bir çox layihələrə imza atmasını qeyd edərək, vurğuladı ki, əsas məqsəd  Nizami Gəncəvinin irsini gələcək nəslə təbliğ və nümayiş etdirmək, qoruyub saxlamaq və yeni formatda oxuculara təqdim etməkdir. Nizaminin toxunduğu bütün mövzular aktualdır, müasirdir. Biz də layihə çərçivəsində kitabxananın qızıl fondunda qorunan və mühafizə edilən “Yeddi gözəl” poemasından uşaqlar üçün yeddi hekayəti jest dilinə  tərcümə etmişik. Sağlamlıq imkanları məhdud  uşaqlar üçün jest dilinə tərcümə olunan əsərlər xüsusi internat məktəblərinin kitabxanalarına hədiyyə edilir. Həmçinin, layihənin həyata keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən,   həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etmək olduğunu bildirdi. 

    Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış edərək “Səssizlik fərqlilik deyil, eynilikdir” layihəsi çərçivəsində nəşr olunan elektron kitablar haqqında geniş məlumat verdi. Həmçinin o, layihənin əhəmiyyətindən danışaraq heç bir uşağın nəzərimizdən qaçmadığını bildirdi və “biz birlikdə güclüyük” şüarı ilə  çıxışını bitirdi. 

    Tədbirdə iştirək edən “Silent Communication” komandasının rəhbəri, təlimçi, jest dili tərcüməçisi Şamil Sabirzadə və  koordinator - təlimçi,  sağlamlıq imkanları məhdud  uşaqlar üçün 2 N-li xüsusi internat məktəbinin müəllimi Könül Quliyeva çıxış edərək  layihənin ərsəyə gəlməsində zəhməti olan hər kəsə  öz təşəkkürlərini bildirdilər. 

    Qeyd edək ki, layihənin ideya müəllifi və rəhbəri Şəhla Qəmbərovadır.

    Mətn Əməkdar artist Sevil Hüseynli və Əməkdar Mədəniyyət işçisi Zahirə Dadaşova tərəfindən səsləndirilib.

    Mətn jest dilinə Şamil Sabirzadə və Könül Quliyeva tərəfindən tərcümə edilib.

    Tədbir  fəal oxucu, görmə məhdudiyyyətli  Səməd Novruzovun  Nizami Gəncəvinin “Sevgili canan”  qəzəlinə bəstələnmiş romans ifası ilə yekunlaşdı.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft