• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • Xəbərlər
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib
    01-06-2026 17:33:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən virtual oxucular üçün “Bir bayraq altında doğulan Azadlıq” adlı biblioqrafik e-yaddaş hazırlanaraq istifadəçilərə təqdim edilib.

    Elektron resurs Azərbaycan Respublikasının Dövlət Bayrağının yaranma tarixi, qəbul olunması ilə bağlı mühüm dövlət sənədləri, eləcə də milli bayrağımızın keçdiyi tarixi inkişaf yolu haqqında dolğun məlumatları özündə əks etdirir. Vəsaitdə dövlət rəmzlərimizin mahiyyəti və əhəmiyyəti barədə görkəmli dövlət xadimlərinin, elm adamlarının, ədəbiyyat və mədəniyyət nümayəndələrinin dəyərli fikirlərinə də yer verilib.

    Biblioqrafik yaddaşın hazırlanması zamanı 35 adda kitab, 165 adda dövri mətbuat materialı, həmçinin müxtəlif elmi və publisistik mənbələr araşdırılıb. Aparılmış geniş biblioqrafik təhlil nəticəsində formalaşdırılan resurs tədqiqatçılar, kitabxana mütəxəssisləri, müəllimlər, tələbələr və mövzu ilə maraqlanan bütün oxucular üçün etibarlı informasiya mənbəyi kimi nəzərdə tutulub.

    “Bir bayraq altında doğulan Azadlıq” biblioqrafik yaddaşının hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi keçmişini, milli-mənəvi dəyərlər sistemində tutduğu mühüm yeri və dövlətçilik ənənələrimizdəki rolunu geniş oxucu auditoriyasına çatdırmaqdır. Eyni zamanda, resursun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, onların milli rəmzlərimizə hörmət hissinin gücləndirilməsinə və dövlətçilik tariximiz barədə məlumatlılığının artırılmasına töhfə verəcəyi nəzərdə tutulur.

    Biblioqrafik yaddaş ilə buradan tanış ola bilərsiniz.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • Xəbərlər
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft