• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • Xəbərlər
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Kitabxanada yay” adlı tədbir keçirilib
    10-07-2026 17:38:00

    10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında  maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif yaş qruplarını təmsil edən uşaqlar iştirak edib və proqram çərçivəsində təşkil olunan fəaliyyətlərə fəal şəkildə qoşulublar.

    Tədbir çərçivəsində uşaqlar üçün əvvəlcə kitabxanaya ekskursiya təşkil olunub. İstifadəçilər kitabxana ilə tanış olduqdan sonar, kitabların texniki işlənməsi prosesi haqqında ətraflı məlumat əldə ediblər. Daha sonra müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş uşaq ədəbiyyatı nümunələri haqqında məlumat əldə ediblər, oxuduqları əsərlər ətrafında fikir mübadiləsi aparıblar.

     Proqramın davamında iştirakçılar bəzi kitabların məzmunu əsasında süni intellekt və müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə olunaraq hazırlanmış video icmallarla tanış olublar. Təqdim olunan videolar vasitəsilə kitabların məzmunu daha interaktiv və vizual formada nümayiş etdirilib, uşaqlarda mütaliəyə marağın artırılması və əsərlərə fərqli yanaşma imkanlarının yaradılması məqsədi daşıyıb. Süni intellekt texnologiyalarının tətbiqi ilə hazırlanan bu təqdimatlar iştirakçılara kitabları daha yaradıcı üsullarla kəşf etmək imkanı verib.

    Tədbirin sonunda yaradıcılıq yönümlü master-klas təşkil olunub. Master-klas çərçivəsində iştirakçılar müxtəlif rəngli əlfəcinləri  öz zövq və fantaziyalarına uyğun şəkildə bəzəyib, fərdi yaradıcılıq nümunələri hazırlayıblar. Fəaliyyət uşaqların estetik zövqünün formalaşdırılmasına, əl bacarıqlarının və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edib.

    Tədbirin keçirilməsində əsas  məqsəd uşaqların yay tətilində asudə  vaxtlarının səmərəli təşkil olunmasına, onların kitabxana ilə yaxından tanış olmasına, mütaliəyə marağının artırılmasına, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə və müasir texnologiyaların, o cümlədən süni intellektin təhsil və mütaliə sahəsində tətbiqi barədə məlumatlandırılmasına dəstək göstərmək olub.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • Xəbərlər
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft