• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitabın təqdimat mərasimi keçirildi
    07-10-2021 11:46:00

    Oktyabrın 7-də Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı ilə Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitabın təqdimat mərasimi keçirildi. 

    Tədbir C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Atilla Məmmədovun sözləri Nizami Gəncəviyə, musiqisi Üzeyir Hacıbəyliyə məxsus "Sevgili canan" romansının ifası ilə başladı. 

    Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva layihənin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, kitab milli kimliyimizi dərk etməmizdə mühüm bir vasitədir. 

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova layihənin ərsəyə gəlməsi haqqında məlumat verdi. Ş.Qəmbərova kitabın ərsəyə gəlməsində onun orjinallığının qorunub saxlanıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, kitabda öz əksini tapan rəsm əsərləri 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin ,"Palitra" rəsm studiyasının şagirdləri tərəfindən Nizaminin “Yeddi Gözəl” əsəri əsasında çəkilmişdir. Kitabın üz qabığının müəllifi "Palitra" studiyanın müəllimi Nərmin Abdullayevadır. 

    Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik etdilər. 

    Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin "Çiçəyim" Uşaq Teatrının üzvləri Cəmilə İbrahimli və Yusif Allahverdiyevin ifasında "Xeyir və Şər" kompozisiyası nümayiş olundu. Mərkəzin "Gənc aktyorlar" dərnəyinin üzvü Türkan Nəcəfova dahi şairin "Sirlər xəzinəsi" poemasından "Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü" şeiri söylədi.

    Sonda iştirakçı uşaqlara hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft