Respublika Uşaq Kitabxanasında yeni kitablara baxış keçirilib
12-06-2025 15:48:00
12 iyun 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında fonda daxil olan yeni ədəbiyyat nümunələrinə baxış keçirilib. Kitabxana əməkdaşları yeni nəşrlərlə tanış olublar. Əməkdaşlar tərəfindən ibtidai sinif şagirləri üçün nəzərdə tutulmuş dərsliklərə, eləcə də tarixi və bədii ədəbiyyat nümunələrinə diqqət yetirilib.
Baxış zamanı ədəbiyyat nümunələrinin əlifba və sistemli kataloq üzrə təsnifatı, həmçinin onların redaktə olunaraq kitabxananın elektron kataloquna daxil edilməsi prosesi müzakirə olunub. Yeni daxil olan kitablar müvafiq texniki işləmədən sonra oxucuların istifadəsinə təqdim edilir.