Tolstoy, Lev. Uşaqlıq. Yeniyetməlik. Gənclik / L. Tolstoy ; uşaq. üçün işl. S. Budaqlı ; red. E. Astanbəyli ; rəs. E. Cabarov. - Bakı : Altun kitab, 2019. - 112 s.
Dünyanın ən böyük yazıçılarından biri Lev Nikolayeviç Tolstoy Rusiyada, Yasnaya-Polyanada varlı ailədə dünyaya gəlib. Erkən yaşda öncə anasını, sonra isə atasını itirən böyük yazıçı qohumlarının himayəsində böyüyüb. Lev Tolstoyun ilk əsəri sayılan "Uşaqlıq" povesti 1852-ci ildə dərc olunub. Bununla da dünya ədəbiyyatında yeni mərhələ başlayıb. Belə ki, sonralar Tolstoy roman janrının "Anna Karenina", "Hərb və sülh" kimi klassik nümunələrini yaradacaq və adını tarixə əbədi həkk edəcəkdi. "Uşaqlıq"dan sonra yazıçı bu əsərin davamı olaraq, "Yeniyetməlik" və "Gənclik" povestlərini qələmə alıb. Hər üç povest müəllifin romanları qədər məşhurdur və böyük maraqla oxunur.