“20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü”dür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq Hüquqları haqqında Konvensiyanı qəbul edib. Bu münasibətlə hər il noyabrın 20-si “Uşaq Hüquqları Günü” kimi qeyd edilir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqları haqqında kitab və dövri mətbuat materiallarını, həmçinin bu sahədə qəbul edilən Qanun və Sərancamları ehtiva edən biblioqrafik yaddaş hazırlayaraq virtual oxucuların istifadəsinə təqdim edir.
Biblioqrafik yaddaş ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.