Abdullayev, Çingiz Akif oğlu. Qırılmış əlaqə / Ç. Abdullayev ; rus. dil. tərc.ed. Ə. Qiyas. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2020. - 212 s.
Biznes şəriki olan iki gənc kişi istirahət etmək üçün ailələri ilə birgə İspaniyaya gəlir. Ən məşhur hotellərin birində qonşu nömrələr götürürlər. Amma burada inanılmaz hadisələr baş verir. Bir-biri ilə ailəvi dost olan ailə başçıları bir-birinin açılıb-ağardılması mümkün olmayan sirrini bilir. Amma ailələr arasındakı gizli əlaqə nədən ibarətdir? Qırılmış əlaqə nə deməkdir? Bu suallar hoteldəki sirli qətldən sonra aktuallaşır. Şəriklərdən biri restoranda detektiv Dronqo ilə qarşılaşır və sərxoş vəziyyətdə hər şeyi açıb danışır. Bildirir ki, şəriki ilə qarşılıqlı razılıq əsasında arvadlarını dəyiş-düyüş ediblər və bu svinger əlaqəsi onu dərindən sarsıdıb. İş elə gətirir ki, Dronqo gecələməsi üçün biznesmenə nömrə götürür, səhər isə kişinin meyiti həmin otaqdan tapılır. İşə ispan polisi qarışır, əsas şübhəli Dronqodur və bu işin içindən çıxmaq üçün əlindən gələni etməlidir. Bəs qatil kimdir? Ərinə nifrət edən həyat yoldaşı, ondan necəsə qisas almağa çalışan şəriki, şərikinin cinsi əlaqədə olduğu arvadı, kürəkəni, qızı, yoxsa başqa biri?