Teylor, Dryu Heyden. At rəsmlərinin izində : roman / D. H. Teylor ; burax. məsul Ş. İxtiyaroğlu ; tərc. ed. N. Nuriyeva ; red. Ü. Məmmədova. - Bakı : Qədim Qala, 2023. - 272 s.
“At rəsmlərinin izində” sehrli, nağılvari dadı olan əsərdir. Bu, Torontonun şimalında yerləşən Otter Leyk qoruğunda yaşayan dörd qeyri-adi dostun hekayəsidir. Ralf və bacısı Şelli valideynləri ilə yaşayırlar. Bir gün anaları mətbəx divarının bir hissəsini qara rəngə boyayır. Uşaqlarına və onların dostlarına təklif edir ki, hər həftə həmin lövhədə şəkil çəksinlər, həftə sona çatanda isə ən yaxşı rəsm əsərini seçmək üçün səsvermə keçirilsin. Ralf və Şelli ilə bir məktəbdə oxuyan bəstəboy, sakit qız olan Daniel divarda at rəsmi çəkir, özü də bu at bütün rəsmlərdən heyrətamiz gözəlliyi ilə fərqlənir. Daniel həmin yarışda qalib gəlsə də, onun əsərinə verilən reaksiyalar bir sıra gözlənilməz hadisələrə səbəb olur, həmçinin bu bacı-qardaşın, onların dostu və Şellinin gələcək həyat yoldaşı Vilyamın – xuliqanların öhdəsindən gələn zorbanın həyatının istiqamətini təyin edir. Təsirli həyat hekayələri və özünəməxsus mizahı əsərə yaşından asılı olmadan bütün oxucuları özünə cəlb etmək qüdrəti verir. Dalanda gördüyü at qraffitisi polis işçisi Ralf Toması Dainel adlı qeyri-adi qızı xatırlamağa sövq edir və beləcə, Dryu Heyden Teylorun (Körv Leyk, Anişinaabe) “At rəsmlərinin izində” sehirli romanının hekayəsi başlayır. İllər sonra Ralf Tomas qəflətən uşaq ikən Danielin “Hər şey divarında” bir at rəsmi çəkərək yaddaşında yaratdığı silinməz xatirə ilə üzləşmişdi. Tomasın xüsusi bacarıqları olan və küçədə yaşayan Harri adlı kri ilə danışıqları, onun Daniel və başqaları haqqında xatirələri arasında keçidlər edərkən Teylor didaktik komediya yazmaq məharətini tamlığı ilə nümayiş etdirir. Bu romanda Teylor yaradıcılığının ilk illərində işlədiyi mövzuları genişləndirərək yaratdığı qəlbləri fəth edən obrazlara və yaradıcı məkanlara qayıdır – Teylorun sadiq oxucuları dərhal bunun fərqinə varacaqlar.