4 noyabr tarixində Respublika Uşaq Kitabxanasının 2 saylı filialının əməkdaşları, Xətai rayon M.Miryusif adına 265 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri və müəllim heyəti Hərbi Qənimətlər Parkına ekskursiya ediblər.
Tədbir məktəbdə Azərbaycan Respublikasının himninin səslənməsi və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb. Məktəbin direktor müavini tədbir iştirakçılarını 8 noyabr Zəfər bayramı münasibəti ilə təbrik etdikdən sonra, Zəfər bayramı haqqında məlumat verib.
O, çıxışında qeyd etdi ki, Ermənistan 30 il silahlanmaqla Azərbaycanın qarşısında cəmi 44 gün davam gətirə bildi. İşgal altında saxladığı Azərbaycan ərazilərində keçilməz hesab olunan sədlər, istehkamlar quran mənfur qonşumuz çox inamlı idi. Şanlı ordumuz həmin sədləri yararaq, böyük əzmlə döyüşərək böyük qələbəyə imza atdı.