5i-uğur düsturu

Qafarlı, Arzu. 5i-uğur düsturu / A. Qafarlı. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2018. - 180 s.

Gənc dost! Uğur qazanmaq istəyirsən, amma bunun yolunu, düsturunu bilmirsən? Əsla ruhdan düşmə, bu kitabı diqqətlə və sona qədər oxu! Bu zaman sən öz zəhmətinin bəhrəsini, şəxsi nailiyyətlərini tezliklə görə bilərsən. Əlbəttə, əgər "uğur düsturu" qaydalarına əməl etsən... Bu isə elə çətin deyil. Çalış əldə etdiyin biliklərlə kifayətlənməyəsən. Çünki onlar sənin daimi inkişafına hələ tam zəmanət vermir. İnkişafa meyilli ol, ən əsası isə qazandığın bilikləri tətbiq etməyi öyrən! Qəlbinlə danış! Özünü tanı və sev! Qarşına aydın məqsədlər qoy! Müsbət düşün! Pozitiv ol! Risk et! Onda görəcəksən ki, uğur qazanmaq doğrudan da çətin deyil.