Qəlb hökm dinləmir

Bek, Ceymi. Qəlb hökm dinləmir / C. Bek ; tərc.ed. K. Nəsibova. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2017. - 396 s.

Tanınmış model, jurnalların üz qabığını bəzəyən Ket Sent-Ceymsin həyatı heç də fotoşəkillərdə göründüyü kimi ideal deyil. O, sadəcə, yaşadıqlarını və hiss etdiklərini kameradan gizləməyi yaxşı bacarır. Bu qabiliyyətinə arxayın olan Ket qardaşının toyuna getməzdən əvvəl öz sağlamlığı ilə bağlı öyrəndiklərini ailə üzvlərindən heç birinə söyləmir və sirr olaraq saxlayır. İndi onu narahat edən yeganə insan vaxtilə qəlbini yaraladığı yaraşıqlı dülgər Henk Mitçeldir. Qardaşının toyunda Henklə yenidən qarşılaşması Ketin ona duyduğu ehtirası təkrar alovlandırır. Lakin sağlamlığı ilə yaşadığı problemlər səbəbindən o, Henkə qarşı hiss etdiklərini qəlbində boğmağa çalışır. Henk öz məqsədləri və xoşbəxtliyini ailəsinin, doğmalarının naminə qurban vermiş bir insan olsa da, qürurunu heç nəyə qurban vermək niyyətində deyil və vaxtilə onun ürəyini yaralamış Ketdən mümkün qədər uzaq durmağa çalışır. Lakin hadisələr elə cərəyan edir ki, Henk özü də istəmədən onunla qarşılaşmalı olur. Qəlb hökm dinləmir və Ketin məftunedici gözəlliyi yavaş-yavaş Henkin ağlını başından alır. Hər iki gəncin yaxınlaşması onların bir-birinə duyduğu gizli sevgini alovlandırmağa başlayır.