11 yanvar tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Komplektləşdirmə şöbəsi 2021-ci il üzrə şöbənin fəaliyyət hesabatını slayd formatında təqdim edib.
Təqdimatda qeyd olunub ki, 2021-üzrə resurslar və çap məhsulu kitabxanaya daxil olub, hər bir resursun texniki parametrləri müvafiq qaydada işlənərək şöbələr və filiallar arasında bölünüb.
Daha sonra yeni kitabların elektron təsviri İRBİS-64 proqramının vasitəsilə Komplektator modulunda əks olunub və hər bir kitab barkod vasitəsilə kodlaşdırılıb. Ənənəvi və elektron qaydada qeydiyyatdan keçmiş resurslar şöbələrə təhvil verilib, eyni zamanda yeni kitabların oxu zalında əməkdaşlar üçün baxışı keçirilib.
Kitabxananın direktoru Şəhla Qəmbərova görülən işlərə görə şöbənin kollektivinə təşəkkür edib və bu il belə təqdimatların kitabxana üçün ənənə halını alacağını bildirib.
Tədbirdə çıxış edən direktor müavini Zahirə Dadaşova şöbənin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, hər bir kitabxana işçisi öz işinə məsuliyyətlə yanaşmalı, təşəbbüskar olmalıdır.
О, belə tədbirlərin xidmətin səviyyəsinin yüksəldilməsi, mütaliə mühitinin kitabxanaların fəaliyyəti ilə bağlı maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Тəqdimat kitabxana işçilərinin böyük marağına səbəb oldu.