Robin Hudun macəraları

Robin Hudun macəraları : İngilis rəvayətləri əsasında / tərc.ed. İ. Həsənov ; red. A. Quliyeva ; rəs.: E. Cabarov, Z. Cabbarov. - Bakı : Altun Kitab, 2018. - 128 s.

Robin Hud ingilis xalq balladalarının məşhur qəhrəmanlarıdır. Bu qəhrəman haqqında rəvayətlər XIV əsrdən bəri dillərdə dolaşır. Rəvayətə görə, Robin Hud öz dəstəsi ilə birlikdə Nottingem ətrafındakı Şervud meşəsində yaşayırmış. Məzlumların müdafiəçisi, zalımların qənimi olan Robin Hud sərrast oxatan və məharətli qılınc oynadan olmuşdur. O, dostları ilə birlikdə Nottingem şerifinə və ser Qay Qisborna qarşı mübarizə aparmışdır. Robin hud haqqındakı rəvayətlər və balladalar bu gün də sevilə-sevilə oxunur. Bir çox yazıçılar bu mövzuya müraciət etmiş, Robin Hud haqqında onlarla bədii film və cizgi filmləri çəkilmişdir. Azərbaycan oxucusna təqdim oluan bu kitab isə ingilis balladaları və rəvayətləri əsasında yazılmışdır.