• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Qonağım ol” rubrikasının qonağı gənc yazıçı-ssenarist Günel Əsgərova oldu
    09-07-2021 09:42:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı yazıçı-ssenarist Günel Əsgərova oldu.

    Bugünkü görüşün əsas məqsədi gənc yazarla oxucular arasında virtual görüşü təmin etmək, diskussiya aparmaq və həmsöhbət olmaq imkanını yaratmaqdır, həmçinin gənc yazarın yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

    “Qonağım ol” rubrikası əsasında reallaşan görüş çərçivəsində, Günel Əsgərova oxucuların “Siz uşaqlara nağıllarımızda nəyi öyrənməyə və fərqləndirməyə kömək edirsiniz”, “ Mükəmməl nağıl danışmaq üçün nələri məsləhət görürsuz”, “Xəzri, Banu və Mələk əsl Azərbaycan xanımı obrazlarıdırmı”, “Yazacağınız növbəti nağıllarda hansı mövzulara müraciət edəcəksiniz”, “Dərs tədris etdiyiniz universitetlərdə tələbələrin, gənclərin istək və gözləntiləri nələrdir”, “Harri Potter tipli kitablar yazmağı düşünürsünüzmü”, “Sizcə uşaqlar necə yaşından qorxulu nağıllar oxumalıdır” kimi müxtəlif sualları cavablandırdı. O, həmçinin oxucular üçün müəllifi olduğu əsərlərdən parçalarda oxudu.

    Gənc yazıçı-ssenarist, təhsilin önəmini vurğulayaraq, kitab və mütaliyənin insanın mənəviyyatının zənginləşməsindəki eyni zamanda dünya görüşünün inkişafındakı əvəzsiz rolundan söhbət açdı. 

    O, valideynlərə övladlarının gələcək kariyera həyatlarında uğurlu və xoşbəxt insan olmaları üçün onlara sevdikləri və bacarıqlarının olduğu peşələri seçməkdə yardımçı olaraq dəstək olmağı tövsiyə etdi.

    Canlı yayıma qoşulan oxucular maraqlı görüşü təşkil etdikləri üçün Respublika Uşaq Kitabxanasına və “Qonağım ol” rubrikasının qonağı olan Günel Əsgərovaya təşəkkür etdilər.

    Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşdı.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft