27 may 2024-cü il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı və 265 saylı orta məktəbin birgə əməkdaşlığı çərçivəsində "Azad Müstəqil Azərbaycan" adlı dəyirmi masa keçirilib.
Məktəbdə təşkil olunan tədbirdə ilk öncə Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib daha sonra isə Respublika Uşaq Kitabxanasının əməkdaşı tədbir iştirakçılarını salamladıqdan sonran “28 May – Müstəqillik Günü” ilə bağlı ətraflı məlumat verib.
106 il bundan əvvəl 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Ulu öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yeri və roluna Heydər Əliyev deyirdi: "Biz ilk demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika günü elan etmişik və bu bizim milli bayramımızdır".
Tədbirin sonunda əməkdaşlar "Müstəqil Azərbaycan" adlı sərgini nümayiş etdiriblər və şagirdlərlə xatirə şəkilləri çəkilib.