Börnet, Eliza Frensis Hodqson. Sirli bağ : Hekayələr(İngilis dilindən tərcümə) / E. F.H. Börnet ; tərc.ed. G. Qasımova ; elmi red. N. Hüseynli ; rəs. M.Miraslan Zeyn. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2014. - 260 s.
İlk dəfə 1911-ci ildə nəşr olunmuş bu hekayədə britaniyalı valideynləri ilə birlikdə Hindistanda yaşayan 10 yaşlı dəcəl qız Meri Lennoks haqqında danışılır. Valideynləri ona çox da diqqət yetirmirlər və nəticədə o, kobud və dikbaş biri olur. Valideynləri yoluxucu xəstəliyə tutulub öldükdən sonra qız İngiltərəyə əmisi –Arçibald Kreyvenin yanına göndərilir. Mari qulluqçularla dost olur və malikanədəki “sirli bağı” kəşf edir. Elə ki, bağa daxil olur, o, daha da dərin bir sirrin üstünü açır –əmisinin şikəst oğlunu tanıyır, nəcib ünsiyyəti ilə onu həyata qaytarır. Kitabda itki, qorxu və sağalmanın psixoloji aspektləri vurğulanır. Əsər, əsasən, yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş olsa da, hazırda 20-ci əsrin ən yaxşı uşaq kitablarından biri kimi qəbul olunur.