F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə hazırlanan metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.
Metodik vəsaitin I hissəsində “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” -nün yaranma tarixindən həmçinin kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək,hər kəsi bəşəriyyətin məkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtira, həmçinin sülhün bərqərar edilməsinin başlıca qüvvəsi olan – kitabları əldə etməyə təşviq etmək və bu kimi məsələlərdən bəhs edilib. Metodik vəsaitin II hissəsində isə metodik köməklik məqsədilə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə bağlı keçiriləcək tədbirlərin planı tərtib edilib.
Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçiər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.
Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: