Pırpır. №3. Alış-verişdə
Sarıtaç, Asuman. Pırpır. №3. Alış-verişdə / A. Sarıtaç ; baş red. S. B. Amanova ; tərc.ed. V. Pənahov ; red.: A. Abdulkərimov, E. Şamilzadə. - 1-ci nəşr. - Bakı : Everest Nəşriyyat Evi, 2020. - 48 s.
Bir az sonra gənc bir bayquş polis Pırpırın əlindən tutaraq gəldi. Ana Quş o qədər çox sevindi ki, göz yaşlarını saxlaya bilmədi. - Pırır, canım mənim, sən harada idin? Niyə yanımda dayanmadın? - ağlayaraq soruşdu. Pırpır çox qorxmuşdu... Anası ilə alış verişə gedən Pırpır kütlənin içində bir anda anasını itirir. Bu kitabda sizi gözləyən bir sürpriz hekayəmiz də var. Pırpırın başı bu səfər də dərmanlarla dərddədir. Dərman içmək qorxusu Pırpırın başına daha da böyük bəlalar açacağına oxşayır.