İlyas Əfəndiyev : Yaddaş kitabçası

İlyas Əfəndiyev : Yaddaş kitabçası / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed.: B. Ələsgərov, A. Koçak ; elmi red. K. M. Tahirov ; ön söz Ş. Alışanlı. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2023. - 104 s.

Sovet İttifaqının süqutu ilə dünyada böyük siyasi-ictimai, ideoloji dəyişiklik baş verdi və Azərbaycanda sovet ideolojisi ilə daban-dabana zidd bir epoxa özünün yeni tarixinə qədəm qoydu. İlyas Əfəndiyev bir şəxsiyyət və bir yazıçı kimi bu yeni epoxaya alnıaçıq, üzüağ daxil olub. Onun əksəriyyəti sovet dönəmində yazılmış əsərləri - roman, povest və hekayələri, pyesləri bu yeni epoxaya adlaya bildi. Bu mənada İlyas Əfəndiyev ən xoşbəxt qələm sahiblərindən biridir. İlyas Əfəndiyevin arzuları - xalqın arzu və istəkləri idi.