Azərbaycanın Şanlı Qələbə qazanaraq öz ərazi bütövlüyünü tam təmin etməsi çoxəsrlik dövlətçilik tariximizin ən parlaq Zəfəridir. Möhtəşəm Qələbə Cənab Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şücaəti ilə 44 gün müddətində əldə olundu, dünyada Azərbaycan məğrur, qalib ölkə kimi tanındı, 28 illik həsrətə son qoyuldu, erməni vandalizmindən dağılan, yandırılan şəhərlər, kəndlər, qəsəbələr yeni həyata başladı. Şuşanın Azərbaycan Mədəniyyətinin Paytaxtı elan edilməsi tarixi Qələbədən sonra Şuşa şəhərinə verilən böyük dəyərdir. Azərbaycan mədəniyyəti tarixində Şuşada muğamın, musiqinin, ədəbiyyatın, xalçaçılığın, dekorativ sənətin, rəssamlığın, teatr sənətinin inkişafının müstəsna əhəmiyyəti olmuşdur. Bir zamanlar “Azərbaycanın musiqi beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni olan Şuşa – mədəniyyət, incəsənət tarixidir.
Bütün bunları nəzərə alaraq Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi “Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı” adlı tövsiyə biblioqrafiyası hazırlamışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə olunan ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzu haqqında ətraflı məlumat verilmişdir.
Tövsiyə göstəricisində kitablarda, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş 128 adda materiallar öz əksini tapmışdır. Vəsaitə 50 kitabın, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş materialın linki də verilmişdir.
Tövsiyə göstəricisi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
https://clb.az/arxiv2021/ua-azrbaycann-mdniyyt-paytaxt_d3107.html