Rövşən, Ramiz Məmmədəli oğlu. Köhnə qorxular : Şeirlər və pritçalar / R. M. Rövşən ; red. R. Ramizoğlu. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2021. - 280 s.
"Şeirlər yazılmır, yaşanır" deyirlər. Cavanlıq illərindən bu günəcən yazdığım və indiyə qədər heç bir kitabımda çap olunmayan bir çox şeirlərin toplandığı bu kitab, demək olar ki, mənim yaşanmış ömrümün mənzərəsidir. Cavanlıq şeirlərimin gənc oxucularımın ürəyindən xəbər verəcəyinə, yaşlı oxucularımın isə qocalıq şeirlərimdən təskinlik tapacağına inanıram. Kitabdakı dünya poeziyasından etdiyim tərcümələri oxuyanlar isə müxtəlif dövrlərdə, fərqli ölkələrdə yaşayan və ayrı-ayrı dillərdə yazan şairlərin bir-birinə ruhən necə doğma olduğunu görəcəklər. Çünki şeir təkcə dil hadisəsi deyil, həm də ruhun ifadəsidir. Kitabda 90-cı illərdə yazdığım "Ölü kimdi, diri kim?!" adlı kino-pritçanı da oxuyacaqsınız.