• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    28 May – Azərbaycanın istiqlal yoluna həsr olunmuş tədbir keçirilib
    25-05-2026 09:26:00

    25 may 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 28 May – Müstəqillik Gününə həsr olunmuş maarifləndirici və vətənpərvərlik ruhunda tədbir keçirilib. Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri iştirak ediblər. 

    Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

    Tədbirin davamında kitabxananın əməkdaşı şagirdlərə 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti haqqında geniş məlumat verib. Bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Şərqdə ilk demokratik respublikanın əsası qoyulub, xalqımız müstəqil dövlət qurmaq iradəsini bütün dünyaya nümayiş etdirib. Çıxış zamanı həmin dövrün ictimai-siyasi vəziyyəti, dövlət atributlarının formalaşması və müstəqilliyin Azərbaycan tarixindəki rolu barədə də maraqlı faktlar diqqətə çatdırılıb. Mövzunun şagirdlər tərəfindən nə dərəcədə mənimsənildiyini müəyyənləşdirmək məqsədilə viktorina təşkil olunub. Viktorina uşaqların həm biliklərini yoxlamağa, həm də tarixi hadisələrə maraqlarını artırmağa xidmət edib. Tədbir çərçivəsində şagirdlər Müstəqillik Gününə və Vətənə həsr olunmuş şeirlər səsləndiriblər. Daha sonra 28 May – Müstəqillik Günü ilə bağlı hazırlanmış slayd nümayiş etdirilib. Vizual təqdimat şagirdlərin mövzunu daha yaxından qavramasına və tarixi hadisələri təsəvvür etməsinə kömək edib. Tədbirin sonunda isə iştirakçılara Azərbaycan xəritəsinin təsvir olunduğu rəsmlər paylanılıb. Balaca iştirakçılar xəritələri Azərbaycan bayrağının rənglərinə uyğun şəkildə rəngləyərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Bu maraqlı fəaliyyət şagirdlərdə həm vətən sevgisinin, həm də dövlət rəmzlərinə hörmət hissinin formalaşmasına töhfə verib. Tədbirin əsas məqsədi şagirdlərdə dövlətçilik ənənələrinə, milli dəyərlərə və Azərbaycan tarixinin mühüm səhifələrinə maraq və bağlılıq hissini gücləndirmək olub. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft