Qara köhlən

Syuell, Anna. Qara köhlən : Roman (İngilis dilindən tərcümə) / A. Syuell ; tərc. ed. G. Qasımova ; red. N. Hüseynli. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2015. - 208 s. 

İngilis yazıçısı Anna Syuelin ömrünün son illərində yazdığı bu əsər ilk dəfə 1877-ci ildə "Black Beauty" adı ilə nəşr olunmuşdur. İndiyədək 50 milyon nüsxədən artıq satılmış bu kitab TEAS Press Nəşriyyat evində Azərbaycan dilinə tərcümə üdilərək çapa hazırlanıb.İngilis yazıçısı Anna Syuel "Qara Köhlən" əsərini 1877-ci ildə yazmışdır. O, kitabın nəşrindən 5 ay sonra vəfat etdi, amma kitab artıq bestseller olmuşdu. "Qara Köhlən" əsəri heyvanlar haqqında 19-cu əsrdə yazılmış ən məşhur əsərdir. 50 milyon nüsxədən çox satılmış bu kitab dünya bestselleridir. Bir sahibdən digərinə satılan atın dilindən yazılmış hekayə insan mərhəməti və qəddarlığından bəhs edir. Kitab bütün yaşda olan heyvansevərlər üçün nəzərdə tutulmuşdur.